Xəbərlər





11.03.2013

E L A N

«AZ – EVRO TEL» MMC tərəfindən «Novruz bayramı» və «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi» ilə əlaqədar 11.03.2013-cü il tarixindən 31.05.2013-cü il tarixinə kimi aşağıda göstərilən xidmət növləri üzrə

Yeni Kampaniya keçirilir:


1. Yeni telefon çəkilişi tarifinə 50% güzəşt tətbiq edilir və yeni telefon çəkdirən hər bir abunəçiyə telefon aparatı hədiyyə verilir.
2. Mənzil telefonlarının addan – ada keçirilməsinə, telefonun təhvil verilməsi barədə arayışın təqdim olunmasından asılı olmayaraq, 2 (iki) manat tarif tətbiq olunur.
3. Genişzolaqlı İnternet (ADSL və ayrılmış xətt) və İP-TV xidmətlərinə pulsuz qoşulma təmin edilir.
4. 1÷3 Mbit/s. sürətli məhdudiyyətsiz İnternet xidmətinə yeni qoşulan və 3 (üç) aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə 1 (bir) ay pulsuz İnternet xidməti göstərilir.
5. 4÷10 Mbit/s. sürətli İnternet xidmətinə yeni qoşulan və 3 (üç) aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə pulsuz modem verilir.
6. Trafikli İnternet xidmətinə yeni qoşulan və 3 (üç) aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə modem, İP-TV xidmətinə qoşulma və 1 (bir) ay ərzində istifadə pulsuz verilir.

Sənədləşdirmə işləri Xidmətlərin satışı şöbəsində aparılır.

Əlaqə telefonları: (+99412) 497 0707 / 497 3399

10.11.2012

Elan

«AZ – EVRO TEL» MMC Telefon Rabitəsinin 131 illiyi münasibəti ilə
01.11.2012-ci il tarixindən 10.12.2012-ci il tarixinədək Kompaniya keçirir.


1. Eyni zamanda 2 (iki) telefon çəkilişini sənədləşdirən hər bir abunəçidən 1 (bir) ədədinin çəkiliş haqqı alınmır.
2. Sənədləşmə və suallarla əlaqədar Xidmətlərin Satışı və Marketinq şöbələrinə müraciət edə bilərsiniz.

Əlaqə telefonları: (+99412) 497 0707 / 497 3399.

12.04.2012

Beynəlxalq Rabitə Akademiyası (BRA) tərəfindən «AZ-EVRO TEL» MMC-nin Direktoru c. Cabit Rəsulova Akademik adının verilməsi haqqında qısa məlumat

21 fevral 2012-ci il tarixində Beynəlxalq Rabitə Akademiyası (BRA) tərəfindən Rusiya Federasiyasının (RF) Moskva şəhərində «AZ-EVRO TEL» MMC-nin Direktoru cənab Cabit Rəsulova Akademik adının verilməsi haqqında qərar qəbul edilmişdir.
Təntənəli mərasim zamanı Beynəlxalq Rabitə Akademiyasının Prezidenti xanım Anastasiya Petrovna Ositis tərəfindən cənab Cabit Rəsulova 931 №-li 21.02.2012-ci il tarixli Diplom və 931 №-li 21.02.2012-ci il tarixli Vəsiqə təqdim edilmişdir.
Beynəlxalq Rabitə Akademiyası 07 mart 1996-cı il tarixində RF-nın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və hal-hazırda Moskva şəhərində fəaliyyətini davam etdirir.
Hal-hazırda Akademiyanın tərkibində 30 ölkədən çoxlu sayda Akademik vardır. Akademiya telekommunikasiya sahəsi üzrə beynəlxalq təşkilatlarla sıx əlaqə saxlayır.
Akademiyanın Rəyasət Heyəti və Baş Qərargahı Moskva şəhərində yerləşir.

12 aprel 2012-ci il.

12.04.2012

Təltif edilmə haqqında qısa məlumat

Avropa Biznes Assambleyası (EBA) və Sokrat adına Beynəlxalq Nominasiya Komitəsi tərəfindən «AZ-EVRO TEL» MMC-nin Direktoru cənab Cabit Rəsulovu, uğurlu idarəedicilərin ümumavropa reyestrinə daxil etməklə, «İLİN ƏN YAXŞI TOP-MENECERİ» («BEST MANAGER OF THE YEAR») ordeni ilə təltif edilməsi və etibarlı tərəfdaşların və sürətlə inkişaf edən müəssisələrin ümumavropa reyestrinə daxil etməklə, «AZ-EVRO TEL» MMC-yə isə 2011-ci il üzrə «ƏN YAXŞI MÜƏSSİSƏ» («BEST ENTERPRISES») beynəlxalq mükafatının verilməsi üzrə qərar qəbul edilmişdir.
Təqdimetmə haqqında qərar 2011-ci ildə bazarın tədqiqatı və ictimai rəyin öyrənilməsi, milli tərəfdaşlar, biznes KİV-ləri, səfirliklər, ticarət palataları, ticarət nümayəndəlikləri və informasiya agentliklərindən alınan məlumatlar əsasında qəbul edilmişdir.
Təntənəli təqdimetmə 21 mart 2012-ci il tarixində London şəhərində, Böyük Britaniyanın direktorların Kral İnstitutun Əsas iqamətgahında keçirilən «TƏRƏQQİ - 2011» («ACHIEVEMENTS - 2011») Beynəlxalq Sokrat Mükafatlandırma Mərasimində baş tutmuşdur.
Məlumat üçün, Böyük Britaniyanın direktorların Kral İnstitutu 1903-cü ildə Kral Nizamnaməsinə əsasən yaradılmışdır. İnstitut 53 mindən artıq üzvü birləşdirən Avropanın ən böyük təşkilatıdır. Sokrat Mərasimi 16 ölkədən olan nüfuzlu ictimai təşkilatların, peşəkar və yaradıcılıq ittifaqlarının iştirakı ilə keçirilir. Qonaqlar arasında diplomatlar, siyasətçilər, iş adamları, maliyyəçilər, alimlər, mədəniyyət və təhsil xadimləri vardır.

12 aprel 2012-ci il.

02.04.2012

Elan

«AZ-EVRO TEL» MMC tərəfindən 02.04.2012-ci il tarixindən 15.05.2012-ci il tarixinədək
Güzəştli telefon çəkilişi Kampaniyası keçirilir.


1. Abunəçinin 1 (bir) və ya daha çox telefon nömrəsi mövcud olduğu halda, əlavə 1 (bir) telefon nömrəsini pulsuz çəkdirə bilər. Yeni çəkilən həmin telefon nömrəsinin «AZ-EVRO TEL» MMC-nin İnternet xidmətlərinə qoşulması mütləq şərtdir.
Bu halda İnternet xidmətlərinə qoşulma haqqı da pulsuzdur.
2. Təşkilatın 1 (bir) və ya daha çox telefon nömrəsi mövcud olduğu halda, əlavə 1 (bir) və ya 2 (iki) telefon nömrəsini pulsuz çəkdirə bilər. Yeni çəkilən həmin telefon nömrələrinin «AZ-EVRO TEL» MMC-nin İnternet xidmətlərinə qoşulması mütləq şərtdir.
Bu halda İnternet xidmətlərinə qoşulma haqqı da pulsuzdur.
3. Güzəştli telefon çəkilişi Kampaniyasından yararlanmış abunəçi/istifadəçi azı 1 (bir) il ərzində həmin telefon nömrəsini və İnternet xidmətlərini istifadə etməlidir.
4. Abunəçi/istifadəçi çəkdirdiyi bu telefon nömrəsi və ya qoşulduğu İnternet xidmətindən 1 (bir) ildən tez imtina etdikdə telefon çəkilişi və İnternet xidmətlərinə qoşulma haqlarını geri ödəməlidir.
5. Sənədləşmə və suallarla əlaqədar Xidmətlərin satışı şöbəsinə müraciət edə bilərsiniz.

Əlaqə telefonu: (+99412) 497 0707 / 437 2699.
































































































Səhifə

  ←  Əvvələ  «  3 | 4 | 5 | 6 | 7  »  Sonuncu  →