Müştərilərə Texniki Dəstək Mərkəzi








«AZEUROTEL» cəmiyyətinin abunəçilərinə dəstək xidməti - müştərilərə göstərilən xidmətin ən vacib elementlərindən biridir. Hər zaman sualınıza cavab almaq və ya probleminizə həll yolu tapmaq üçün biz 24 saat fasiləsiz çalışırıq. Xidmət səviyyəsinin artırılması üçün bütün telefon danışıqları qeydə alınır və mübahisələrin həlli üçün istifadə edilə bilər.
Müştərilərə Dəstək Mərkəzi tərəfindən işlənilən sorğuların kateqoriyaları:

— Yeni abunəçilərin qoşulması üçün sifarişlərin qəbulu;
— Hər hansı bir nasazlıqlar barədə sifarişlərin qəbulu;
— Sizin qoşulma parametrlərinizin dəyişməsi;
— Şəbəkədə işləmək üçün əməliyyat sisteminin və proqram təminatının nizamlanması üçün telefon vasitəsilə verilən məsləhətlər;
GPON texnologiyası üzrə qoşulma;
ADSL/VDSL texnologiyası üzrə qoşulma;
Ayrılmış xətt ilə İnternetə çıxış;
IP-TV.

Qeyd edilən tarif planlarının dəyəri çərçivəsində aşağıdakı xidmətlər təqdim edilir:

— E-mail və ya telefon vasitəsilə təqdim edilən xidmətlərlə bağlı texniki məsələlər üzrə müştərilərə məsləhətlərin verilməsi;
— İstifadəçinin tələblərinə uyğun olaraq tarif planının seçimində yardım göstərilməsi.
Bizim xidmətlər haqqında daha ətraflı məlumat alın.

Dəstək xidməti ilə əlaqə saxlamaq üçün:

Texniki dəstək: +(99412) 497 5699 və ya 197 nömrəsinə 24 saat ərzində zəng edin.
Abunəçi ərizələri təsdiq edilmiş informasiya ilə müşayiət olunmalıdır.

Texniki xarakterli hər hansı bir sualınız varsa cavabını aşağıdakı bölmələrdə tapmaq mümkündür:

Təkrar soruşulan suallar;
Qoşulma zamanı baş verən səhvlər;
Modemləri nizamlamaq üçün təlimatlar.

Ödənişli Peşəkar Xidmətlər

Bizim şirkətdə yüksək səviyyəli mütəxəssislər çalışır. Biz abunəçilərimizə xidmətlərin istifadəsi ilə bağlı məsləhətlər veririk və 24 saat ərzində texniki dəstək xidmətini təqdim edirik.
Məsələn, proqram təminatını və ya anti-virus proqramını yenidən yükləmək lazımdır. Bizim mütəxəssislərin belə peşəkar xidmətləri «AZEUROTEL» cəmiyyəti tərəfindən standart təqdim edilən xidmətlə aid deyil və ayrıca sifariş olunur.
Daha dəqiq məlumat üçün Əlavə xidmətlər və ya Tariflər bölməsinə müraciət edin .

Müştərilərin ərizələri əlaqə telefonları vasitəsilə olunur : +(99412) 497 5699 , və ya 24 saat ərzində (istirahət günləri daxil olmaqla) 197 telefon nömrəsinə zəng edin.